Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

"Hazırlıq prosesi üçün 91 idmançı topladıq. Həm Bakıdan, həm də Mingəçevirdən olan avarçəkənləri toplanışa çağırdıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev Neftçalada təşkil olunmuş təlim-məşq toplanışı barədə jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi bildirib ki, bu rayonda əvvəllər də toplanışlar və yarışlar keçirilib: "Bu ənənəni gələcəkdə qaytarmaq istəyirik. Bunun üçün Neftçalada həm su, həm də məsafə cəhətdən çox münbit şərait var. Gələcəkdə təlim-məşq toplanışlarını burada təşkil etməyi planlaşdırırıq".

O, gələcəkdə Axmaz göl su hövzəsində hansısa yarışın keçirilə biləcəyini istisna etməyib: "Bir neçə dəyişiklikdən sonra burada yarış keçirmək olar. Buradakı su hövzəsinə baza deməzdim. Baza Mingəçevirdədir, böyük tədbirlər və yarışlar yenə də orada olacaq. Əlavə məkanlar bizə daha çox təlim-məşq toplanışları, bu zonalardan uşaqları cəlb etmk üçün lazımdır".

Baş katib avarçəkənlərin hazırlıq səviyyəsini də dəyərləndirib: "Qışda Gənclər Kubokundan sonra Beynəlxalq Prezident Kuboku turnirini də keçirdik. İdmançıların səviyyəsi və məşqləri daha da artıb. Əvvəllər pandemiya ilə bağlı tədbirlər və məşqlər keçirə bilmirdik. Bu, yenidən ənənə halını alıb. Artıq həm Bakıda, həm də Mingəçevirdə məşqlər təşkil olunur".

Əliyev ənənəvi Beynəlxalq Mingəçevir Reqatasının 21 - 23 oktyabrda keçiriləcəyini xatırladıb: "Bu, beynəlxalq səviyyəli yarış olacaq. Reqata artıq Avropa Kanoe Assosiasiyasının təqvimində də yer alıb. Ona görə bütün ölkələrin idmançılarını dəvət edəcəyik".

O, milli komandaya legioner avarçəkənləri yerli idmançıların təcrübə qazanması üçün dəvət etdiklərini vurğulayıb: "İstəyirik ki, yerlilər onlara yaxın olsunlar, təcrübələrindən yararlansınlar. Biz daha çox milli kadrlarla işləməyə üstünlük veririk".

Baş katibin sözlərinə görə, hazırda tikilməkdə olan Neftçala Olimpiya Kompleksi istifadəyə verildikdən sonra orada avarçəkmə bölməsi də olacaq.

Fərdi
Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Fərdi
Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar

“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub