Qurban Qurbanov: “Ludoqorets”lə oyun sanki triller idi

Qurban Qurbanov: “Ludoqorets”lə oyun sanki triller idi

Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan) qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 7:2 hesablı qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm. Bu matçda məğlub olsaydıq da, oyundan həzz alırdım. Bakıda da bu komandanın gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubuna malikdirlər. Bunun da qarşısını almalı idik. Hesabda öndə olsaq da, standart vəziyyətlərdən iki qol buraxdıq. Rəqibin ən üstün tərəfi olan əks-hücumlarda bir az diqqətsiz oynadıq. Amma oyunu ələ almağı bacardıq. Futbolçularla da söhbətimiz olmuşdu ki, sonadək soyuqqanlı oynamalıyıq. İlk dəqiqələrdə bir az həyəcan olsa da, oyunu tam ələ ala bildilər. Ümidsiz deyildim və futbolçulara demişdim ki, belə matçlardan çox keçmişik. Onlara hətta 120 dəqiqə oynamalı ola biləcəyimizi söyləmişdim. Psixoloji cəhətdən buna hazır olmalı idik. Futbolçularıma yalnız “afərin”, “əhsən” düşür. Bütün Azərbaycanı, azarkeşlərimizi təbrik edirəm. Bu oyun sanki bir triller idi. Bu, Azərbaycanın, mənim “Qarabağ”ım idi. “Qarabağ”ımı təbrik edirəm”.

Q.Qurbanov Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları “Dinamo” (Zaqreb, Xorvatiya) oyunu barədə də danışıb:

“Hazırda rəqib haqda heç bir məlumatım yoxdur. Bütün fikirlərimiz bu oyunda idi. “Dinamo” birbaşa pley-offda bizi gözləyən rəqibdir. Çox böyük təcrübəyə malik komandadır. Qarşıdakı günlərdə yaxından tanımağa çalışacağıq. Mərhələ keçdikcə bizi qarşıda daha ciddi, daha təcrübəli rəqiblər gözləyir. Buna hazır olmalıyıq. Bu matçın sevincini tez yaddan çıxarmalı və növbəti görüşə hazır olmağa çalışmalıyıq. Amma zədəlilərimiz problem yarada bilər. Belə qarşılaşmaların gedişində rotasiyalar etmək çox vacibdir. İnanıram ki, futbolçularım tam hazır olacaq. Çox istədim ki, bu kollektiv Çempionlar Liqasının əsas mərhələsində oynasın. Bu günə kimi çox böyük iş gördük. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Onlar bizə həmişə inanıblar, güvəniblər”.

Qeyd edək ki, səfərdə rəqibinə 7:2 hesabı ilə qalib gələn "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi "Dinamo" (Zaqreb) kollektivi olacaq.

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Futbol
"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

Futbol
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

Futbol
Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Futbol
Lionel Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub

Lionel Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub

Futbol
İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Futbol
Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Futbol
Mirbağır İsayev futboldan kənarlaşdırılıb

Mirbağır İsayev futboldan kənarlaşdırılıb