Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar - YENİLƏNİB

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar.

"QELEBE.AZ"un məlumatına görə, bu gün tatamiyə çıxan idmançılardan Aslan Kotsoyev gümüş, Tuncay Şamil (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxıblar.

Beləliklə, komanda medal sıralamasında ilk sırada qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb. Sentyabrın 8-də komanda yarışı olacaq.

16:52

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

"QELEBE.AZ" xəbər verir ki, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.

Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.

16:04

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, Aslan Kotsoyev (90 kq) bu raundadək irəliləyə bilib.

O, həlledici qarşılaşmada Milyan Raduljla (Serbiya) güləşəcək. Eyni çəkidəki Tuncay Şamil bürünc medal uğrunda görüşdə italiyalı Henri Ovusunun müqavimətini qırmağa çalışacaq.

+100 kq-dakı Kənan Nəsibov üçüncü yer uğrunda Tomas Raska ilə (Çexiya) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Fərdi
Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Fərdi
Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərdi
Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Fərdi
Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Fərdi
FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

Fərdi
Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Fərdi
Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Su İdman Sarayında padel tennis kortunun açılışı olub