"Neftçi"nin baş məşqçisi: Gürcüstan komandası ilə oyunun ilk hissəsində çox səhv etdik

"Neftçi"nin baş məşqçisi: Gürcüstan komandası ilə oyunun ilk hissəsində çox səhv etdik

İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Daha çox səhvə yol verdik.

Bunu "Report"a açıqlamasında "Neftçi"nin qadınlardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov Gürcüstanda yerli “Lançxuti” kollektivinə uduzduqları (1:2) Çempionlar Liqasının I mərhələsinin ikinci oyunu ilə bağlı danışarkən deyib.

"Təəssüflər olsun ki, futbol səhvləri sevmir. Belə olan halda rəqib səni cəzalandıracaq. İkinci yarıda daha yaxşı təsir bağışladıq. Hesabı da bərabərləşdirdik. Qısa müddət sonra müdafiədə yenidən səhvə yol verdik və qapımızda qol gördük. Yenidən tarazlığı bərpa etmək istəsək də, alınmadı. Qol şanslarımız da oldu. Amma dəyərləndirə bilmədik", - deyə mütəxəssis bildirib.

Siyasət Əsgərov komandada gənc futbolçuların yer aldığını və bu turnirin onlar üçün də böyük təcrübə olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, "ağ-qaralar" ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzmuşdu - 0:5.

Futbol
"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

Futbol
"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

Futbol
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

Futbol
Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub