"Birbaşa Bakı"nın baş məşqçisi: Bir az bəxtimiz gətirdi

"Birbaşa Bakı"nın baş məşqçisi: Bir az bəxtimiz gətirdi

Turnir çox çətin keçsə də, qələbə qazana bildik.

"Report" xəbər verir ki, bunu minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində söyləyib.

"Həqiqətən hər şey çətin oldu. Bir az da bəxtimiz gətirdi. Komandamız yaxşı oyun göstərdi. Bu qalibiyyətə layiqli komanda biz idik. Biz ötən ildən hegemonluğumuzu göstəririk. Rumıniya və digər ölkələrin komandaları bizdən qorxmalıdırlar. Bizim məqsədimiz Avropanın minifutbol xəritəsinə "Birbaşa"nı salmaqdır. Təbii ki, biz gələn il də bu qalibiyyəti əldə etmək üçün çalışacağıq. Bundan sonra iki gün istirahət edib, məşqlərimizə başlayacağıq. Bundan sonra var gücümüzlə Azərbaycan çempionatına hazırlaşacağıq", – o vurğulayıb.

Qeyd edək ki, Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olmuş Azərbaycanın minifutbol üzrə “Birbaşa Bakı” komandası vətənə qayıdıb.

Xatırladaq ki, Dani Marius Mitunun yetirmələri Çempionlar Liqasının finalında Çexiyanın “Brno” komandasını minimal fərqlə üstələmişdilər – 2:1. Azərbaycan təmsilçisi finala gedən yolda Ukraynanın “Andezit” komandasının öhdəsindən gəlmişdi.

Futbol
La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
Mahir Emrelinin səhhətində problem yaranıb

Mahir Emrelinin səhhətində problem yaranıb

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
Azərbaycan millisinin məşqçisi: “Mahir Emreli gələcəyi barədə düşünməlidir”

Azərbaycan millisinin məşqçisi: “Mahir Emreli gələcəyi barədə düşünməlidir”

Futbol
"Lion" klubunun yeni sahibi bəlli olub

"Lion" klubunun yeni sahibi bəlli olub

Futbol
PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Futbol
UEFA: AVRO-da komanda sayı artmayacaq

UEFA: AVRO-da komanda sayı artmayacaq

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Futbol
Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub