"Sabah" basketbol klubunun kapitanı: Çempionlar Liqasının təsnifat mərhələsindən əvvəl yoxlama oyunları bizə lazım idi

"Sabah" basketbol klubunun kapitanı: Çempionlar Liqasının təsnifat mərhələsindən əvvəl yoxlama oyunları bizə lazım idi

Çempionlar Liqasının təsnifat mərhələsindən əvvəl yoxlama oyunları bizə lazim idi.

Bunu "Report"a açıqlamasında "Sabah" basketbol klubunun kapitanı Endər Poladxanlı deyib.

25 yaşlı oyunçu hazırlıq prosesi barədə fikirlərini bölüşüb:

"Avqustun 5-də Bakıda məşqlərə start verdik. Ayın 20-dən isə Litvada toplanışı davam etdirdik. Hələlik beş yoxlama oyunu keçirmişik. Üçündə qələbə qazandıq, digər ikisində isə məğlub olduq. Məncə, uğurlu alındı. Litvanın "Yonava" kollektivinə uduzmağımızın (68:97) səbəbi var idi. Biz ardıcıl iki gün oyun keçirdik. Almaniya təmsilçisi "Rostock Seawolves"ə 72:71 qalib gəldiyimiz qarşılaşmada çox güc sərf etdik. Bir az yorğunluq hiss olunurdu".

O, Çempionlar Liqasının təsnifat mərhələsi ərəfəsində komandanın yaxşı formada olduğunu bildirib:

"Son olaraq "Jalgiris"ə 62:94 hesabı ilə yenildik. Onların gücü hamıya bəllidir. Bu kluba qarşı oynamaq təcrübə idi. Böyük hesabla məğlub olsaq da, üç periodda başabaş mübarizə apardıq. Birinci periodda rəqibin təzyiqini gözləmirdik. Fərq də bu periodda oldu. Digərlərində başabaş çıxış edirdik. Bu gün sonuncu matçda Litva çempionu "Ritas"la üz-üzə gələcəyik. Bu cür komandalara qarşı oynamaq çox yaxşıdır, bizə təcrübə qazandırır. Çempionlar Liqasının təsnifat mərhələsindən əvvəl yoxlama oyunları bizə lazim idi. Düşünürəm ki, komanda olaraq yaxşı formadayıq. Seçmə mərhələyə tam hazır şəkildə başlayacağıq".

Qeyd edək ki, "Sabah" yerli "Majeykyay" klubunu 76:57, "Neptunas"ı 82:71 hesabı ilə üstələyib.

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb