Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirində II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirində II turun oyunları keçiriləcək

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət III ənənəvi minifutbol turnirinin qrup mərhələsində II turun oyunları keçiriləcək.

"Report" xəbər verir ki, A və D qrupunun qarşılaşmaları sentyabrın 21-də baş tutacaq.

İlk olaraq saat 19:00-da “Turan” ilə “Report” üz-üzə gələcək. Bu oyunun ardından, saat 20:00-da “Baku WS” ilə “Qoşabulaq” qarşılaşacaq.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələri – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, Az.TV, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparır. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.

Ənənəvi xatirə turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (Az.TV), Baku TV, AZƏRTAC, “Report” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytları verir.

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Futbol
Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Futbol
Levandovski dünya çempionatının favoritini açıqlayıb

Levandovski dünya çempionatının favoritini açıqlayıb

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Futbol
Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”