Rəşad Sadiqov: "Qarabağ" - "Neftçi" oyunu gərgin mübarizəyə səhnə ola bilər

Rəşad Sadiqov: "Qarabağ" - "Neftçi" oyunu gərgin mübarizəyə səhnə ola bilər

Oyun gərgin mübarizəyə səhnə ola bilər.

Bunu “QELEBE.AZ”a açıqlamasında həm “Neftçi”, həm də “Qarabağ”ın sabiq futbolçusu Rəşad Sadiqov bu gün Azərbaycan Premyer Liqasının VII turunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçı barədə danışarkən deyib.

Azərbaycan yığmasının keçmiş yarımmüdafiəçisi “Neftçi”nin tam formaya düşmədiyini vurğulayıb:

“Neftçi” “qara zolaq”dadır, komanda tam formaya düşməyib. Oyunlara xal itirmək qorxusu ilə çıxırlar. “Qarabağ” isə həm Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb, həm də Azərbaycan çempionatında 5 oyundan sonra 4 qələbəsi var. Ağdam təmsilçisinin bu mövsüm də çempionluq yolunda çətinlik çəkəcəyini düşünmürəm”.

40 yaşlı mütəxəssis Azərbaycan derbisində “Qarabağ”ı daha şanslı sayıb:

“Oyun gərgin mübarizəyə səhnə ola bilər. Bu, Premyer Liqada ilk Azərbaycan derbisidir. Amma məncə, “Qarabağ” daha şanslıdır. Komanda həm heyətinə, həm də oynadığı futbola görə daha üstündür".

Qeyd edək ki, “Azərsun Arena”da baş tutacaq “Qarabağ” - “Neftçi” matçının start fiti saat 20:00-da səslənəcək.

Futbol
Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Futbol
İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

Futbol
"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

Futbol
Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Futbol
"Neftçi"nin baş məşqçisi: "İlk yarıda hesabı artırmaq üçün şanslarımız oldu"

"Neftçi"nin baş məşqçisi: "İlk yarıda hesabı artırmaq üçün şanslarımız oldu"

Futbol
"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

Futbol
Kadi: “Qürur duyuram”

Kadi: “Qürur duyuram”

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

Futbol
Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib

Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
Premyer Liqa: "Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib

Premyer Liqa: "Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib