AMADA Milli Antidopinq Təşkilatları İnstitutunun üzvləri üçün vebinar keçirib

AMADA Milli Antidopinq Təşkilatları İnstitutunun üzvləri üçün vebinar keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) üzvləri üçün “Antidopinq maarifləndirilməsində süni intellekt: Təhsilin transformasiyası” adlı vebinar keçirib.

AMADA-nın mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, bir saatdan artıq davam edən vebinarın təlimçisi AMADA-nın Elm, tibb və təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Qüdrət Səfərov olub.

Vebinar iştirakçılarına süni intellekt və onun potensial tətbiqləri, süni intellektə əsaslanan təhsildə mövcud tendensiyalar, gələcək imkanlar, bu sahədə istifadə olunan alətlər və onların səmərəliliyini maksimuma çatdırmaq üçün strategiyalar barədə məlumat verilib. Həmçinin süni intellekti təhsil proqramlarına inteqrasiya edərkən yarana biləcək problemlərin qarşısını almaq üçün üsullar və təhsil məzmunu yaradan süni intellekt vasitələrin əhəmiyyəti diqqətə çatdırılıb.

Vebinarın sonunda AMADA-nın nümayəndəsi iştirakçıların suallarını cavablandırıb, gələcəkdə birgə əməkdaşlığın antidopinq üzrə maarifləndirmə sahəsində yeni imkanlar açacağına əminliyini ifadə edib.

Sonda iNADO-nun Proqramlar üzrə meneceri Emi Dayer vebinarın əhəmiyyətini yüksək qiymətləndirərək, müasir dövrdə süni intellektin həyatımızda oynadığı mühüm rolu və antidopinq sistemində tətbiq olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, vebinara dünyanın müxtəlif ölkələrindən 60-dək iştirakçı qatılıb.

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb