Azərbaycan millisinin baş məşqçisi: “Gürcüstanın evdə oynaması, hakim qərarları hesaba təsir göstərdi”

Azərbaycan millisinin baş məşqçisi: “Gürcüstanın evdə oynaması, hakim qərarları hesaba təsir göstərdi”

Gürcüstan millisinin evdə oynaması, hakim qərarları hesaba təsir göstərdi.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Nərgiz Qurbanova Gürcüstandakı təlim-məşq toplanışı haqqında danışarkən deyib.

Mütəxəssis qonşu ölkənin U-17 komandasına qarşı keçirdikləri yoldaşlıq görüşlərinin nəticələrini dəyərləndirib:

"Təəssüf ki, hər iki matçda uduzduq. İlk oyunda 0:4 hesablı məğlubiyyət bizim üçün gözlənilməz oldu. Düşünürəm ki, hesabın böyük olmasının səbəblərindən biri məkan idi. Rəqibin evdə oynaması, hakim qərarları hesaba təsir göstərdi. Həmçinin təlim-məşq toplanışından öncə komandamızın 2 əsas üzvünün zədəli olması səbəbindən meydanda 2010 təvəllüdlü futbolçular mübarizə apardılar. İkinci oyunda rəqibimizi daha yaxşı təhlil edib üzləşəcəyimiz hər durumu nəzərə almışdıq. 70 dəqiqə hesabı qoruyub saxlaya bildik. Buraxdığımız qola isə qapıçının ani səhvi səbəb oldu. Top künc zərbəsindən birbaşa qapıya ünvanlanmışdı. Düşünürəm ki, belə qarşılaşmalar təcrübə və Avropa çempionatı öncəsi səhvlərimizi görüb düzəltmək baxımından faydalıdır".

O, Gürcüstan millisinin əvvəlki illərə nisbətən daha istedadlı futbolçulara malik olduğunu bildirib:

"Rəqibin əvvəlki illərə nisbətən daha istedadlı oyunçuları var. Mayda keçirilən İnkişaf Turnirində Gürcüstanın 3 komandası böyükhesablı qələbələrlə qalib olmuşdu. Belə kollektivə qarşı oyunda Avropa çempionatının seçmə mərhələsi öncəsi komandamın durumu haqqında daha detallı məlumatlar ala bilərdim. Çünki seçmə mərhələdə güclü Serbiya yığmasına qarşı oynayacağıq".

Qeyd edək ki, Azərbaycanın U-17 millisi Gürcüstanda təşkil olunan təlim-məşq toplanışında iki yoldaşlıq görüşü keçirib. Gürcüstan millisinə qarşı hər iki oyunda rəqib qələbə qazanıb - 2:0, 4:0.

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

Futbol
UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

UEFA prezidenti yeni müddətə namizədliyini irəli sürəcək

Futbol
“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

Futbol
Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Futbol
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

“Neftçi”nin yoxlama görüşü ləğv olunub

Futbol
Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Futbol
“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

Futbol
2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var