Azərbaycanın güləş millisinin böyük məşqçisi: "Cari ildəki çıxışımızı uğurlu saymaq olar"

Azərbaycanın güləş millisinin böyük məşqçisi: "Cari ildəki çıxışımızı uğurlu saymaq olar"

Qadın güləşində Avropa və dünya çempionatlarında tam heyətlə təmsil olunmuruq. Maksimum 5-6 güləşçi ilə bu yarışlarda iştirak etdiyimizi nəzərə alsaq, cari ildəki çıxışımızı uğurlu saymaq olar.

"Report" xəbər verir ki, bunu Azərbaycanın 17 və 20 yaşadək qız güləşçilərdən ibarət millilərinin böyük məşqçisi Rövşən Umudov federasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis cari ildəki nəticləri dəyərləndirib:

"Yeniyetmə və gənc qızlarımız bu mühüm yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 7 bürünc medal əldə etdi. Müqayisə üçün qeyd edək ki, ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal qazanılmışdı. Bilirsiniz ki, Azərbaycanda qadın güləşində məhdud sayda idmançı var. Ona görə də Avropa və dünya çempionatlarında tam heyətlə təmsil olunmuruq. Maksimum 5-6 güləşçi ilə bu yarışlarda iştirak etdiyimizi nəzərə alsaq, çıxışımızı uğurlu saymaq olar. Fikrimcə, tam heyətlə iştirak etsəydik, komanda hesabında da nailiyyət qazana bilərdik".

O, güləşin bu növündə kütləviliyin yaradılması üçün təkliflərini də bildirib:

“Azərbaycanda qadın güləşinə axın olmadığını hamımız yaxşı bilirik. Bildiyiniz kimi, yığma komanda kimi, həm yeniyetmə, həm gənclər, həm də böyüklər daxil olmaqla maksimum 20-25 idmançı ilə məşq edirik. Qadın güləşinin inkişafı üçün hər həftə idman verilişlərində videoçarxlar göstərilməli, dünya və Avropa çempionatlarında medallar almış idmançıların çıxışlarından istifadə edib, qadın güləşini təbliğ etmək lazımdır. Bu il Ruzanna Məmmədova U-20 Avropa çempionu oldu. Fatimə Bayramova yeniyetmələr (U-17) arasında qitə birinciliyində gümüş medal qazandı. Nəzrin Əhmədli, Günay Qurbanova və Zəhra Kərimzadə U-17 yaş qrupunda həm Avropa, həm də dünya çempionatında bürünc medal əldə etdi. Nərgiz Səmədova isə gənclər arasında dünya üçüncüsü oldu".

R.Umudov bu güləşçilərin gələcək perspektivindən də danışıb:

“Ruzanna Məmmədovanın 18 yaşı yenicə tamam olub. Bir idmançı bütün yarışları eyni qaydada keçirə bilmir. Bir şeyi də qeyd edim ki, Avropa və dünya çempionatı arasında çox böyük fərq var. Dünya çempionu olmaq və ya bu yarışda medal qazanmaq çox çətindir. Amma bu güləşçinin böyük potensialı var və onun gələcəkdə böyük uğurlar qazanacağına inanırıq. O ki qaldı yeniyetmələrimizə, təbii ki, onlardan da çox böyük uğurlar gözləyirik. Əlbəttə, bunun üçün çox işləmək və çox ciddi hazırlaşmaq lazımdır. Düzgün, lazım olan qaydada məşqlərimizi davam etdirsək, bu gün adlarını qeyd etdiyimiz idmançılarımız gələcəyin olimpiyaçıları ola bilər”.

Qeyd edək ki, güləş millilərimiz cari ildə bu yaş qrupları üzrə keçirilən Avropa və dünya çempionatlarında 9 medal qazanıb.

Fərdi
Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Fərdi
Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Fərdi
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib