Bakıda IV “Qələbə qaçışı” təşkil ediləcək

Bakıda IV “Qələbə qaçışı” təşkil ediləcək

Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışı təşkil edəcək.

"QELEBE.AZ" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

“Qürurla irəli” şüarı ilə təşkil olunan yarışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Yarış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

Qaçışda iştirak üçün 18 yaşdan yuxarı şəxslər https://events.smartscoring.com/marathon linki vasitəsilə 1 noyabr, saat 12:00-dək qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğu üçün iştirakçıların sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq bitəcək.

Müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Qeydiyyatdan keçmiş iştirakçılar oktyabrın 22-dən noyabrın 1-dək, hər gün saat 10:00-dan 18:00-dək “Gənclik Mall”da şəxsiyyət vəsiqəsi və ödənişi təsdiqləyən e-maili təqdim etməklə iştirakçı nömrəsini ala biləcəklər.

Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı [email protected] e-mailinə yaza və ya hər gün saat 09:00-dan 18:00-dək (012) 404-13-93 nömrəsinə zəng edə bilərsiniz.

Fərdi
Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib