Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region açıq birinciliyi keçirilib

Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region açıq birinciliyi keçirilib

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş güləş üzrə region açıq birinciliyi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma və sərbəst güləş idman növü üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında region açıq birinciliyi 18-20 oktyabr tarixlərini əhatə edib.

Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən birincilikdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, sektor müdiri Azad Quliyev, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, güləş üzrə Dünya çempionatının bürünc, Avropa çempionatının gümüş və bürünc mükafatçısı Taleh Məmmədov, beynəlxalq dərəcəli hakim Tural Əliyev, Olimpiya Kompleksinin direktoru Tofiq Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,təşkilat və müəssisə rəhbərləri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak ediblər.

Çıxışlardan sonra şəhidlərin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Respublikanın 30-dan çox bölgəsindən 400 nəfərə yaxın idmançı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb.

Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

Fərdi
Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb