"Sabah"ın U-19 komandasının baş məşqçisi: "Bazel"lə oyun gənc futbolçular üçün təcrübədir"

"Sabah"ın U-19 komandasının baş məşqçisi: "Bazel"lə oyun gənc futbolçular üçün təcrübədir"

"Bazel" kimi rəqiblərlə qarşılaşmalar gənc futbolçular üçün bir təcrübədir.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç klubun mətbuat xidmətinə açıqlamasında UEFA Gənclər Liqasında "Bazel"ə 0:6 hesabı ilə uduzduqları ilk oyunu dəyərləndirərkən deyib.

Mütəxəssis böyükhesablı məğlubiyyəti rəqibin daha təcrübəli və güclü olması ilə əlaqələndirib:

“UEFA Gənclər Liqasında mübarizəyə birbaşa 2-ci mərhələdən başladıq. İlk sınağımızda Avropanın ən yaxşı akademiyalarından birinə malik olan “Bazel”lə qarşılaşdıq. Bu komanda ötən mövsüm Zaqreb “Dinamo”sunu məğlub etmişdi. Həmin oyunda hazırda heyətdə olan bir çox futbolçu şans qazanmışdı. Rəqibin bu cür qarşılaşmalar üçün çox böyük təcrübəsi var. Oyunu fərqli atmosferdə, “Bazel”in əsas stadionunda, 2600 tamaşaçı önündə keçirdik".

O, belə qarşılaşmalarda mümkün qədər az səhvlərə yol verilməli olduğunu vurğulayıb:

"Belə matçlarda yaxşı nəticə qazanmaq üçün mümkün qədər fərdi səhvlərə az yol verməlisən. Təəssüf ki, 6-cı dəqiqədə bu cür səhvlərdən birini etdik ki, bu da qarşılaşmanın sonrakı axarına təsir etdi. Azərbaycan və Avropa futbolu arasında əsas fərq də məhz səhvlərin rəqiblər tərəfindən dəyərləndirilmə faizi ilə bağlıdır. Belə matçlarda rəqib sənin hər səhvini dəyərləndirirsə, Azərbaycanda bu nisbət daha aşağı olur. Gənc oyunçular üçün bu cür qarşılaşmalar bir təcrübədir. “Bazel” kimi rəqiblərlə matçlara köklənmək üçün bu keyfiyyətdə ən azı 5 oyun keçirməlisən. Bu, gənclərin belə mötəbər turnirlərdə ilk təcrübəsi idi. Fikrimcə, səhvlərdən nəticə çıxarmalı və gənclərə dəstək olmalıyıq”.

Qeyd edək ki, komandalar arasında noyabrın 6-da Bakıda baş tutacaq cavab qarşılaşması saat 18:00-da başlayacaq.

Futbol
"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

Futbol
Qazaxıstan yığmasının 6 futbolçusu Azərbaycanla matçdan öncə heyətdən çıxarılıb

Qazaxıstan yığmasının 6 futbolçusu Azərbaycanla matçdan öncə heyətdən çıxarılıb

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

Futbol
Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Futbol
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub

"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub