Azərbaycanın dördqat dünya çempionu: "Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb"

Azərbaycanın dördqat dünya çempionu: "Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb"

Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb. Məhz bunun məntiqi sonluğudur ki, təkcə güləş üzrə yox, idmanın bütün növlərini təmsil edən həmvətənlərimiz ölkəyə parlaq nəticələrlə qayıdırlar.

“QELEBE.AZ” xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) jurnalistlərə açıqlamasında deyib.

"Bu gün təkcə özümün yox, eləcə də yığmanın qələbəsinə görə sevinirəm. Çünki tarixdə ikinci dəfə komanda hesabında çempion olduq. Mənim dördüncü dəfə mundialın qalibi olmağım da Azərbaycan güləş tarixində yeni rekord kimi tarixə düşdü. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm", - E.Əzizli bildirib.

32 yaşlı idmançı məşqçi heyətinə xüsusi təşəkkürünü bildirib:

"İşin görünməyən tərəfi bizim məşqçilərdir. Həm klub, həm də yığma komandanın məşqçi heyətinə təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında həm də 85 xal toplamaqla komanda hesabında birinci olub.

E.Əzizli bundan əvvəl 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Fərdi
Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Fərdi
IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib