Azərbaycan yığmasının baş məşqçisi UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkünü dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkünü dəyərləndirib

Azərbaycanın qadınlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkünü dəyərləndirib.

Mütəxəssis “Report”a açıqlamasında C Liqasına qayıtdıqları üçün təəssüfləndiklərini söyləyib.

“Təəssüflər olsun ki, C Liqasına qayıtdıq. B Liqasında qalmaq istəyirdik, olmadı. Əvvəlki oyunlarda qazandığımız təcrübənin bizə çox faydası olacaq. Təəssüfləndiyimiz hal odur ki, üç komandadan ibarət qrupa düşmüşük və burada Litva və Monteneqro ilə mübarizə aparacağıq”, - deyə S.Əsgərov bildirib.

Baş məşqçi Monteneqronun onlar üçün arzuolunmaz rəqib olduğunu bildirib:

“Neçə ildir Monteneqro bizim qrupda yer alır. Bunu istəməzdik. C Liqasında olmasına baxmayaraq, Monteneqro həm futbolçu, həm də kollektiv baxımından çox keyfiyyətli və yaxşı rəqibdir. Düzdür, son iki oyunda - həm səfərdə, həm də evdə Monteneqronu məğlub etmişik. Lakin bu fikirlə yanaşsaq, böyük problemlər yaşaya bilərik. Bunları unutmaq lazımdır, rəqibə fərqli yanaşmalıyıq. Yalnız belə olan halda istədiyimiz nəticəni əldə edə bilərik. Onu deyim ki, rəqib də bizi yaxşı tanıyır. Daha ciddi hazırlaşacaqlar və son məğlubiyyətləri unutdurmaq üçün köklənəcəklər”.

S.Əsgərov hər iki komandanı təhlil etdiyini vurğulayıb:

“Litvaya qarşı yığma səviyyəsində heç vaxt oynamamışıq. Yoldaşlıq görüşlərində belə qarşılaşmamışıq. Yaxşı rəqiblərdəndir. Hər iki yığmaya qarşı çox ciddi hazırlaşacağıq. Təbii ki, komandaları təhlil etmişik. Buna baxmyaraq, yenə də məlumat toplayırıq. Beynəlxalq oyunlarını təhlil edirik. Hər iki matça maksimum hazırlaşacağıq. Məqsədimiz C Liqasında maksimum nəticə göstərib, B Liqasına qayıtmaqdır".

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət yığması UEFA Millətlər Liqasının 2025-ci il mövsümündə C Liqasında Litva və Monteneqro ilə eyni qrupda mübarizə aparacaq.

Futbol
UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

Futbol
"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
FIFA Uruqvay millisinin aparıcı üzvlərini futboldan kənarlaşdıra bilər

FIFA Uruqvay millisinin aparıcı üzvlərini futboldan kənarlaşdıra bilər

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

Futbol
"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq