Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

“QELEBE.AZ”un məlumatına görə, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Azərbaycan millisi 3-cü dəqiqədə qola yaxın olub. Lakin meydan sahiblərinin qapıçısı Dmitri Çelyadnik hesabın açılmasına imkan verməyib. 7-ci dəqiqədə Höccət Haqverdinin sol ayaqla vurduğu zərbə istənilən kimi alınmayıb. Qonaqların ilk təhlükəli hücumu 11-ci dəqiqəyə təsadüf edib. Vadim Ratsenin zərbəsində dəqiqlik çatmayıb. 20-ci dəqiqədə Musa Qurbanlının vurduğu top qapıdan aralı keçib. Cəmi 8 dəqiqə sonra isə Azərbaycan millisi istəyinə çatıb. Emin Mahmudov Ramil şeydayevin sol cinahdan ötürməsini bir toxunuşla qapıdan keçirib. Bu, 30 yaşlı yarımmüdafiəçinin yığmada 9-cu qolu olub. 37-ci dəqiqədə Anton Krivotsyuk yaxın məsafədən hesabı artıra bilməyib. Onun zərbəsindən sonra top qapı tirindən meydanı tərk edib. 40-cı dəqiqədə bu dəfə Emin Mahmudovun zərbəsi qapı dirəyindən qayıdıb. 42-ci dəqiqədə Aleksey İsayev cərimə meydançasının xaricindən dəqiq zərbə ilə 2-ci topu moldovalıların qapısından keçirib. “Sabah”ın yarımmüdafiəçisi bununla milli komandada qol hesabını açıb. İlk hissə bu hesabla baa çatıb.

İkinci yarıda da hücumlarını davam etdirən Azərbaycan millisi 56-cı dəqiqədə 3-cü qolu vurmağa yaxın olub. Amma Riçard Almeydanın zərbəsi bir qədər qeyri-dəqiq alınıb. 71-ci dəqiqədə Mahir Emreli rəqib qolkiperlə üzbəüz epizodda topu qapıya göndərə bilməyib. 80-ci dəqiqədə Viktor Stınyenin zərbəsi Şahruddin Məhəmmədəliyevin üstünə gedib. 28 yaşlı 87-ci dəqiqədə isə Virciliu Postolakinin vurduğu topu əla sıçrayışla dəf edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspanın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

22:05

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv ilk hissədən sonra rəqibinə 2:0 hesabı ilə qalib gəlir.

21:50

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

Qolları 28-ci dəqiqədə Emin Mahmudov və 42-ci dəqiqədə Aleksey İsayev vurub.

21:46

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.

"QELEBE.AZ"un məlumatına görə, Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.

Bu, 27 yaşlı yarımmüdafiəçinin yığmada ilk qolu olub.

21:32

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb.

21:00

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, "Zimbru" stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu yığma noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Futbol
"Qarabağ" təxirə salınmış oyunda qələbə qazanıb

"Qarabağ" təxirə salınmış oyunda qələbə qazanıb

Futbol
Emeri İngiltərə klubunun baş məşqçisi təyin olunub

Emeri İngiltərə klubunun baş məşqçisi təyin olunub

Futbol
Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Futbol
Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol
"Səbail" klubu yeni hücumçu transfer edib

"Səbail" klubu yeni hücumçu transfer edib