İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə çatdırıb

İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə çatdırıb

Futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində turnirin autsayderi “Sauthempton” lider “Liverpul”u qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, Sent Meris standionunda baş tutmuş matçı baş hakim Semuel Berrot idarə edib.

Hesabı, gözlənildiyi kimi, qarşılaşmanın favoriti açıb: 30-cu dəqiqədə müdafiəçilərin səhvindən məharətlə istifadə edən macarıstanlı Dominik Soboslai dəqiq zərbə ilə qapıçı Aleks Makkartini məyus edib. 42-ci dəqiqədə isə VAR hakimi Maykl Oliverin şübhəli qərarı nəticəsində “qırmızılar”ın qapısına penalti təyin olunub: qapıçı Kuivin Kelleher “müqəddəslər”in oyunçusu Adam Armstronqun zərbəsini dəf etsə də, ingiltərəli hücumçu qayıdan topu tora göndərib.

56-cı dəqiqədə ev sahiblərinin portuqaliyalı yarımmüdafiəçisi Mateuş Fernandeş əks-hücumda qol vuraraq komandasını hesabda irəli çıxarıb. Ona məhsuldar ötürməni birinci qolun müəllifi Armstronq edib. Bununla belə, Rassel Martinin yetirmələrinin sevinci cəmi doqquz dəqiqə çəkib. 65-ci dəqiqədə Məhəmməd Salah Rayan Qravenberxin uzun ötürməsindən maksimum yararlanıb – 2:2. 83-cü dəqiqədə isə misirli futbolçu penaltidən fərqlənərək dubla imza atıb və oyunda son nöqtə qoyub – 2:3.

Beləliklə, 12 oyundan sonra “Liverpul” zirvədəki yerini bərkidib. Arne Slotun komandasının aktivində 31 xal var ki, bu da “Mançester Siti”dən 8 xal çoxdur. “Müqəddəslər” isə eyni sayda oyundan sonra cəmi dörd xala malikdir. Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Futbol
“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Futbol
Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Futbol
"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

Futbol
“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

“Barselona” İspaniya Superkubokunda rekordu yeniləyib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib