Premyer Liqada XV tura iki oyunla start veriləcək

Premyer Liqada XV tura iki oyunla start veriləcək

Misli Premyer Liqasında XV tura bu gün iki oyunla start veriləcək.

"Report"un məlumatına görə, əvvəlcə "Araz-Naxçıvan" klubu "Liv Bona Dea Arena"da "Turan Tovuz"u qəbul edəcək.

Cavid Cəlilovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Hazırda "Araz-Naxçıvan" turnir cədvəlində 33 xalla ikincidir. Üçüncü olan Tovuz təmsilçisinin 27 xalı var.

Turun ilk oyun gününə "Bank Respublika Arena"da yekun vurulacaq. "Sabah" evdə "Səbail"i qəbul edəcək. Rəvan Həmzəzadənin idarə edəcəyi matç saat 19:00-da başlayacaq.

Rusiyalı mütəxəssis Vasili Berezutskinin baş məşqçisi olduğu "Sabah" turnir cədvəlində 19 xalla beşincidir. Doqquzuncu pillədə qərarlaşan "Səbail"in 8 xalı var.

Misli Premyer Liqası

II dövrə, XV tur

29 noyabr

16:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı.

VAR: Rauf Cabarov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

Liv Bona Dea Arena

19:00. “Sabah” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Rauf Allahverdiyev.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Ramil Diniyev.

Bank Respublika Arena

Qeyd edək ki, turun digər görüşləri noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.

Futbol
Tanınmış futbolçu supermarketdə işləyə bilər

Tanınmış futbolçu supermarketdə işləyə bilər

Futbol
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

Futbol
XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

Futbol
UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub

UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Futbol
Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

Futbol
Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Futbol
"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib