Orxan Məmmədov: "AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik"

Orxan Məmmədov: "AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik"

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov milli çempionatın püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- Əvvəlcə çempionat və yeni tikiləcək stadionla bağlı məlumat verərdiniz...

- Azərbaycan çempionatında 17 komanda iştirak edəcək. Mövsüm təqribən 7 ay davam edəcək. Gördüyünüz kimi, yeni klublar və simalar var. Çempionat minifutbol həvəskarları tərəfindən maraqla qarşılanacaq. Daha çox komanda iştirak etmək istəyirdi. Amma biz qərara gəldik, 17 komanda ilə başlayaq. Gələcək mövsümlərdə komanda sayının artırılması istiqamətində müəyyən işlər görülə bilər. Stadionlara gəlincə, "AzFar Group" şirkəti ilə müqavilə imzalanıb. Bu mövsümün oyunları onların stadionlarında keçiriləcək. Ümumiyyətlə, bu arenalar Avropa və dünya standartlarından cüzi fərqlənir. Bu standartlara tam cavab verən stadionların tikintisi ilə bağlı hazırlıqlar başlanıb. İnanıram ki, gələn ilin sonunadək belə bir arena azarkeşlərin üzünə açıq olacaq. Bundan sonra hansısa böyük turnirin ölkəmizdə təşkili məsələsinə baxıla bilər.

- Gənclər və İdman Nazirliyi sizin federasiyanın akkreditasiyasını təsdiqlədi. Bunun gələcək fəaliyyətinizə nə dərəcədə təsiri olacaq?

- Bu, ilk növbədə federasiyanın hüquqi cəhətdən peşəkar statusda fəaliyyət göstərməsinə imkan verəcək. Öz bayrağı altında müxtəlif turnirlər təşkil edə, futbolçuları rəsmi olaraq qeydiyyatdan keçirə biləcək.

- Azərbaycan Minifutbol Federasiyası olaraq AFFA-ya üzv olmaq planı var?

- Dünya Minifutbol Federasiyası ilə Avropa Minifutbol Federasiyası FIFA və UEFA-ya daxil deyil. Ona görə də AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik. FIFA və UEFA-ya böyük futbolla yanaşı, futzal və çimərlik futbolu daxildir. Minifutbol federasiyaları isə müstəqil fəaliyyət göstərir. Ona görə də bu məsələ gündəmdə deyil. Dünya Minifutbol Federasiyası və Avropa Minifutbol Federasiyası ali futbol qurumlarına üzv olduqdan sonra bu məsələyə baxa bilərik.

- Ölkə çempionatında iştirak üçün reqalament necədir?

- Hüquqi baxımdan kriteriyalara cavab verən klubları seçdik. Əvvəldən planda 17-18 komanda var idi. Elə də oldu. Klublar müəyyən etdiyimiz qaydalara uyğun seçilib. Növbəti mövsümlərdə komanda sayı artırılarkən məhz bu meyarlara cavab verən komandalara üstünlük veriləcək.

- 2023-cü ildə dünya çempionatı keçiriləcək. Avropa çempionu kimi bütün diqqətlər bizim üstümüzdə olacaq. Mundialda şanslarımızı necə dəyərləndirirsiniz?

- Tamamilə düzgün vurğuladınız ki, mundialda Avropa çempionu kimi iştirak edəcəyik. Bu, məsuliyyətimizi daha da artırır. İnanırıq ki, komanda bunu dərk edir. Dünya çempionatı fərqli səviyyədir. Orada güclü yığmalar var. Ümid edirik ki, milli komandamız orada öz adını qorumaq üçün mübarizə aparacaq.

- Bayaq qeyd etdiniz ki, stadion hazır olduqdan sonra ölkəmizdə beynəlxalq turnirlər keçirə bilərik. Konkret plan var?

- Stadion ilk növbədə komandanın daha da inkişaf etməsi üçün lazımdır. Hansısa turniri dərhal qəbul etmək istəsək, bunun üçün yeni arenaya ehtiyac yoxdur. Bildiyiniz kimi, müasir qurğularımız, idman mərkəzlərimiz var. Turnirlərə gəlincə, bu yöndə Avropa Minifutbol Federasiyası ilə danışıqlar gedir. 2025-ci ildən sonra beynəlxalq səviyyəli turnirlərdən biri Azərbaycanda təşkil oluna bilər. Bunu nəzərdən keçiririk. Artıq danışıqlara start vermişik.

- Minifutbol üzrə Azərbaycan çempionatı ilə yanaşı, ölkə kubokunun təşkili də nəzərdə tutulubmu?

- Hələlik planda belə bir şey yoxdur. Bütün diqqətimizi çempionata yönəltmişik. Amma gələcəkdə maraq böyük olarsa, kubok yarışı da keçirmək olar.

Futbol
Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Futbol
Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Futbol
UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
"Sevilya" iki transferi açıqlayıb

"Sevilya" iki transferi açıqlayıb

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

Futbol
Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Futbol
İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub