AMADA beynəlxalq konfrans təşkil edəcək

AMADA beynəlxalq konfrans təşkil edəcək

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) beynəlxalq konfrans təşkil edəcək.

AMADA-dan "Report"a verilən məlumata görə, cari il üçüncü dəfə beynəlxalq konfrans təşkil edəcək qurum dekabrın 16-da idman ictimaiyyətinin nümayəndələrini və antidopinq sistemində məsul şəxsləri yenidən bir araya toplayacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adı altında təşkil olunacaq beynəlxalq konfransda dövlət rəsmiləri, olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), Beynəlxalq Test Agentliyinin (ITA), digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, nüfuzlu ali təhsil ocaqlarının professorları və mütəxəssislər iştirak edəcəklər.

Sessiyalar üzrə davam edəcək konfransda Paris-2024 Yay Olimpiya Oyunlarının yekunlarına nəzərə salınacaq, dopinqin aşkarlanmasında yenilikçi tədqiqatlar və gələcək çağırışlar, dopinq nəzarəti prosesində dəqiqlik, Olimpiya antidopinq səylərində əldə olunan nailiyyətlər, antidopinqdə təhsil və elmin öncüllüyü kimi mövzular müzakirə olunacaq.

Tədbirin məqsədi antidopinq sahəsindəki təcrübə və biliklərin artırılması, elmi araşdırmaların dəstəklənməsi, həmçinin idmançılar və idman ictimaiyyəti arasında dopinqə qarşı mübarizənin və maarifləndirmənin gücləndirilməsindən ibarətdir.

Konfrans çərçivəsində AMADA və “Gilavar” Foto Klubunun birgə təşkil etdiyi “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunacaq.

Fərdi
Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Fərdi
"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib