Harri Keyn İngiltərə millisinin tarixinə düşdü
İngiltərə millisinin hücumçusu Harri Keyn yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 2026-cı ilin “Qızıl top” mükafatçısı yığmada ən çox oyun keçirən futbolçu olub.
UEFA Millətlər Liqasında Xorvatiyaya qarşı keçirilən görüş Keynin İngiltərə millisinin heyətində 126-cı matçı olub. Bununla da 33 yaşlı hücumçu 125 oyun keçirmiş sabiq qapıçı Piter Şiltonu geridə qoyub.
Keyn rekordunu qolla qeyd edib. Qarşılaşmaya kapitan kimi başlayan futbolçu 64-cü dəqiqədə penaltidən fərqlənərək komandasına 2:1 hesablı qələbə qazandırıb. Bu, onun millidə 92-ci qolu olub.
Qeyd edək ki, İngiltərə millisi bu qələbə sayəsində UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqəni təmin edib.

https://qalaba.az//uploads/photo/harri-keyn-ingiltere-millisinin-tarixine-dushdu.webp