Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında 3-cü minifutbol turnirinin açılış mərasimi keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və digər qurum rəhbərləri iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatiri bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Orxan Məmməd çıxış edərək iştirakçıları salamlayıb: "Bütün 39 komandaya uğurlar arzulayıram. Əminəm ki, turnirdən həzz alacaqsınız. Artıq üçüncü dəfədir ki, bu yarışı təşkil edirik. Əminik ki, yüksək səviyyədə keçiriləcək. Ulu Öndər daim idmana qayğı göstərib. Turnirə diqqət böyükdür. İldən-ilə komandaların sayının, rəqabətin artacağına inanırıq. Minifutbolun və futbolun kütləviliyinə nail olmaq niyyətindəyik. Güclü olan qalib gəlsin".

Sərxan Hacıyev bu gün növbəti futbol bayramının start götürdüyünü vurğulayıb: "Əvvəlki turnirlər izdihamla yadda qalıb. Əminik ki, bu dəfə də belə olacaq. Bütün komandalara, hakimlərə uğurlar arzulayırıq".

Fərid Qayıbov AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşkilatçılıq üçün təşəkkür edib: "Dövlət qurumlarına da minnətdarıq. Hər il mübarizə daha da dramatik olur. Yarışa maraq da artıb. Final matçlarında tribunalar da azarkeşlərlə dolu olur. Əvvəlki iki yarışda fərqli qurumlar qalib gəliblər. Gərgin və maraqlı mübarizəyə şahidlik edəcəyik".

Nazir daha sonra turniri açıq elan edib.

Futbol
Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqiblərinin bəlli olacağı tarix açıqlanıb

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqiblərinin bəlli olacağı tarix açıqlanıb

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

Futbol
Kriştianu Ronaldu "Real Madrid"in bazasında məşq edir

Kriştianu Ronaldu "Real Madrid"in bazasında məşq edir

Futbol
Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Futbol
Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
Messi növbəti "Qızıl top" mükafatı üçün əsas namizəd hesab olunur

Messi növbəti "Qızıl top" mükafatı üçün əsas namizəd hesab olunur

Futbol
"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"