AFFA rəsmisi: "Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır"
Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır.
"QELEBE.AZ"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, bu gün baş tutacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkündən gözləntilərini açıqlayıb:
"Hansısa rəqibin adını çəkmək düzgün olmaz. Yığmamız matçlarda sonadək "döyüşməlidir". Nəticə görüşlərdən sonra bəlli olacaq".
Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/affa-resmisi-millimiz-istenilen-reqibe-qarshi-mubarize-aparmalidir.webp











