Azərbaycan Basketbol Liqası: VI turun daha bir oyunu keçirilib
Azərbaycan Basketbol Liqasının VI turunun daha bir oyunu keçirilib.
"QELEBE.AZ"un məlumatına görə, A qrupunda qərarlaşan "Abşeron" NTD ilə üz-üzə gəlib.
Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 89:75.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Abşeron" üçüncü pilləyə yüksəlib. NTD 7 xalla 5-ci sıradadır.
Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81) məğlub edib. VI tura dekabrın 14-də iki görüşlə yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-vi-turun-daha-bir-oyunu-kechirilib.webp











