Baş katib: "Xankəndidən sonra işğaldan azad olunan digər şəhərlərdə də yarışlar keçirəcəyik"

Baş katib: "Xankəndidən sonra işğaldan azad olunan digər şəhərlərdə də yarışlar keçirəcəyik"

İnanıram ki, Xankəndidən sonra yaxın gələcəkdə işğaldan azad olunan digər şəhərlərimizdə də badminton yarışları təşkil etmək nəsibimiz olacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev deyib.

Qurum rəsmisi Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatının keçirilməsi ilə bağlı fikirlərini bölüşüb:

“Badmintonun ölkəmizdə tarixi ilə bağlı arxivi araşdırarkən 1974-cü ildə Azərbaycan çempionatının Xankəndi şəhərində keçirilməsi ilə bağlı sənədlərə rast gəldik və düşündük ki, 50 ildən sonra yenidən ölkə çempionatının finallarını Xankəndidə keçirək. Bununla bağlı istəyimizi Gənclər və İdman Nazirliyi müsbət qarşıladı. Beləliklə, müvafiq qurumların dəstəyilə Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə badminton üzrə Azərbaycan çempionatının finalları baş tutdu".

O, 50 il öncə Xankəndidə keçirilən yarışda 3 kateqoriya üzrə gümüş və bürünc medallar qazanan Mahmud Məmmədovun bu dəfə turniri fəxri qonaq qismində izlədiyini söyləyib:

"Bu həm də Xankəndidə qapalı məkanda keçirilən ilk idman yarışı idi. Daha öncə, bildiyiniz kimi, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final qarşılaşması və atletika üzrə Xankəndi - Bakı ultramarafonu keçirilmişdi. Fürsətdən istifadə edərək bu tədbirin reallaşmasında əməyi keçən hər kəsə təşəkkür etmək istərdim".

Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı, klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıblar.

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Fərdi
Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub