Milli Olimpiya Komitəsində əməkdaşlıq memorandumu imzalanıb

Milli Olimpiya Komitəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report" xəbər verir ki, Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən imzalanma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, mətbut katibi Murad Fərzəliyev, Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov, Audiovizual sənayenin təhlili və strateji inkişafı şöbəsinin müdiri Rüfət Qarazadə, Azərbaycan Kinematoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov iştirak ediblər.

Əməkdaşlıq memorandumu Milli Olimpiya Komitəsi ilə Azərbaycan Kino Agentliyi arasında ölkə idmanı və idman nailiyyətlərinin kino vasitəsi ilə birgə təbliğini nəzərdə tutur.

Memorandumun imzalanmasının əsas məqsədi Azərbaycan kinosunda idman və olimpizm mövzusunda bədii, sənədli filmlərin ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prisiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək vəzifələrini özündə birləşdirir.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman filmlərinin ölkəmizdə maraqla qarşılandığını söyləyib. “Biz bu işə Milli Olimpiya Komitəsi olaraq, çoxdan başlamışıq. Olimpiya çempionlarımız haqqında bir sıra filmlər çəkilib, paytaxda və bölgələrdə nümayiş olunub. İşğaldan azad olunmuş ərazilərdə Olimpiya çempionları ilə birlikdə belə filmləri nümayiş etdirmək builki planımıza daxildir. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəsilə tanıdaq. Film sahəsində “qadınlar idmanda” mövzusu da hər zaman maraq kəsb edir. Bu gün idmanda və həyatda böyük uğur qazanan qadınlar var. Onların keçdiyi həyat yolunun ekranlaşdırılması da maraqlı olardı. Bir sözlə, mövzular zəngindir. İnanıram ki, bundan sonra birlikdə səmərəli işlər həyata keçirə biləcəyik”.

Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov isə idman mövzulu filmlərin çəkilməsinin zəruriliyini bildirib.

Qurum rəsmisi “Turan” Film Festivalının Laçın şəhərində keçiriləcəyini vurğulayıb. Orxan Sadıqov həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan idmançılardan bəhs edən silsilə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Çıxışlar başa çatdıqdan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov əməkdaşlıq memorandumu imzalayıblar.

Mərasimin sonunda xatirə şəkli çəkdirilib.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Fərdi
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Fərdi
“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir