Azərbaycan millisi İrlandiyaya məğlub oldu
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, yığmamız A qrupunun II turunda İrlandiya seçməsini qəbul edib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma qonaqların 91:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi seçmə mərhələdə ardıcıl ikinci məğlubiyyətini alıb.
Qeyd edək ki, komandamız ilk turda İsveçrəyə 33:84 hesabı ilə uduzub.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisi-irlandiyaya-meglub-oldu.webp