Azərbaycan Basketbol Liqasında NTD "Abşeron"a qalib gəlib
Azərbaycan Basketbol Liqasının XI turunda NTD "Abşeron" kollektivinə qalib gəlib.
"QELEBE.AZ"un məlumatına görə, A qrupunun matçında birincilər 87:77 hesablı qələbəyə seviniblər.
Günün digər oyunlarında "Naxçıvan" "Neftçi" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 16:30-da səslənəcək.
Günün son görüşündə isə "Sumqayıt" "Ordu"nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun açılış matçında "Sabah" "Sərhədçi"ni 85:78 hesabı ilə məğlub edib.

https://qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasinda-ntd-absherona-qalib-gelib.webp











