“Baku Fire”nin baş məşqçisi: “Çox yaxşı kollektiv formalaşdırmışıq”

“Baku Fire”nin baş məşqçisi: “Çox yaxşı kollektiv formalaşdırmışıq”

Əsas odur ki, çox yaxşı kollektiv formalaşdırmışıq.

Bunu “Report”a açqılamasında Azərbaycanın futzal üzrə Yüksək Liqa təmsilçisi “Baku Fire”nin baş məşqçisi Teymur Eyvazov deyib.

Mütəxəssis çempionata uğurlu start verdiklərini söyləyib:

“İstədiyimiz nəticələri əldə edə bilmişik. Bunun üçün çox çalışmışıq. Hətta Yüksək Liqa komandaları arasında məşqlərə ən tez biz başlamışdıq. Fiziki hazırlıq keçib, baxışa oyunçular dəvət etmişdik. Əsas odur ki, çox yaxşı kollektiv formalaşdırmışıq. Nəticədə ilk dövrəni birinci yerdə başa vura bildik”.

O, çempionatda əsas rəqiblərin “Neftçi” İK və “Araz-Naxçıvan” olduğunu bildirib:

“Yüksək Liqada əsas mübarizə demək olar üç komanda - “Baku Fire”, “Araz-Naxçıvan” və “Neftçi” İK arasında gedir. Rəqiblərimizin hər ikisi çempionluğa iddialıdırlar. Bunun üçün gücləri var. “Araz-Naxçıvan”ın heyətində həmişə legioner çox olub. Bundan əvvəlki çempionatlarda da daim əcnəbilərə üstünlük veriblər, ən azı 6-7 legionerlə iştirak ediblər. Lakin rəqibin heyətinin kimlərdən ibarət olmasına o qədər də diqqət yetirmirik. Əsas işimiz komandamızla bağlıdır. Bütün diqqətimizi buna yönəltmişik”.

Ötən gün iki braziliyalı futbolçu ilə müqavilə bağlayan klubun baş məşqçisi transfer planları barədə sualı cavablandırıb:

“Hazırda Braziliya çempionatında fasilədir. Onlarla anlaşdığımız zaman çempionat dayanmışdı. Buna baxmayaraq, durumları qənaətbəxşdir. Paulo Henrike “Araz-Naxçıvan”la kubok matçında daha yaxşı təsir bağışladı. Henrike Suares isə Bakıya oyuna bir gün qalmış çatdığı üçün yorğunluq var idi. Gec gəlməsinin səbəbi sənəd problemi ilə əlaqədardır. Hər ikisi gəncdir və ölkəmizin iqliminə tez bir zamanda uyğunlaşcaqlar. Transferlərlə bağlı hələlik başqa planımız yoxdur”.

Qeyd edək ki, “Baku Fire” hazırda Yüksək Liqada 8 turdan sonra 22 xalla birinci pillədə qərarlaşıb.

Futbol
Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Futbol
Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Futbol
Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub

Futbol
Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Futbol
"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

Futbol
"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

"Sabah" Futbol Akademiyasında yeni təyinat olub