Qurban Qurbanov: "Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir"

Qurban Qurbanov:  "Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir"

Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis məğlub olduqları görüş barəsində danışıb:

"İlk öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu mövsüm Avropa Liqasının bütün ev oyunlarında bizimlə bərabər oldular. FCSB ilə matçda da sona qədər bizə inandılar və güvəndilər. Düşünürəm ki, azarkeşlərin buna haqqı çatırdı. Təəssüf ki, bu mövsümkü çıxışlarımız uğurlu alınmadı. Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir. Belə hallar futbolun xoşagəlməz tərəfləridir. Bir neçə qol şansı yaratdıq. Rəqib komanda standart vəziyyətlərə çox yaxşı hazırlaşmışdı. Bakıdakı son oyunumuzda qələbə qazanmaq istəyirdik. Hər bir halda pozitiv olmalı, qarşıdakı oyunlara baxmalıyıq".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı Rumıniya klubunun 3:2 hesablı qələbəsi ilə bitib.

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

Futbol
İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

Futbol
"Çelsi" daha bir futbolçunu transfer edib

"Çelsi" daha bir futbolçunu transfer edib

Futbol
“Qəbələ” Çexiya klubuna uduzub

“Qəbələ” Çexiya klubuna uduzub

Futbol
Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq