Diskvalifikasiya olunan azərbaycanlı futzalçı: “25 ildir oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim"

Diskvalifikasiya olunan azərbaycanlı futzalçı: “25 ildir oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim"

25 ildir futbol oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi” İK klubuna qarşı matçdan sonra AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiya olunan “Star Kargo”nun futzalçısı Qərib İbrahimov deyib.

36 yaşlı oyunçu hakimlərin həmin görüşdə ədalətsiz qərarlar verdiyini söyləyib:

“Hakimlər oyunu idarə edə bilmirdilər. Onsuz da klublar arasında səviyyə fərqi böyükdür. Rəqibin aşkar üstün olduğu görünürdü. Sadəcə, biz danışanda oyunçularımıza sarı vərəqə göstərirdilər. Ancaq hakimlərin üstünə qışqırmalarına baxmayaraq, rəqib komandaya heç nə deyilmirdi. Hakimlərin rəqibə simpatiya göstərdiyi görünürdü. Mən haqsızlığı qəbul etməyən insanam. Belə halları görəndə etirazımı bildirirəm, elə buna görə də hər yerdə qırmızı vərəqə alıram. Hakimə etirazımı bildirdim ki, olmayan cərimə zərbəsini qeydə alırsan. Nəticədə qırmızı vərəqə gördüm, əsəbiləşdim və artıq ifadələr işlədim. 25 ildir futbol oynayıram, hələ belə hakim ədalətsizliyi görməmişdim. Gözlərinin qarşısında baş verən qayda pozuntularını görmürlər. Mən də haqsızlıq görəndə aqressivləşirəm”.

Q.İbrahimov daha futzala qayıtmayacağını da əlavə edib:

“Daha futzala qayıtmayacağam. Hazırda I Liqada çıxış edən “Baku Sportinq”dəyəm. Bu “Star Kargo”da sonuncu oyunum idi”.

Qeyd edək ki, “Neftçi” İK - “Star Kargo” matçı birincilərin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Q.İbrahimovun cəzalanmasına matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.

Futbol
"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

Futbol
"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
UEFA "Qarabağ"ın legionerinin vurduğu qolu fərqləndirib

UEFA "Qarabağ"ın legionerinin vurduğu qolu fərqləndirib

Futbol
Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Futbol
Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Futbol
Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Futbol
"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb

"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb

Futbol
Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Futbol
İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək