Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatını 17 medalla başa vurublar.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın son günündə millinin gənc üzvü Amin Quliyev “Low kick” versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı “Ağ canavar” ləqəbli A.Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib.

Digər finalçılar – Nihad Tağızadə (Low kick, 51 kq), Amil Məmmədov (Full contact, 51 kq), Məhəmməd İmanov (Full contact, 57 kq) və Elvin Qasımov (K1, 51 kq) müvafiq olaraq Türkiyə kikboksinqçiləri Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və Musa Gülməzə uduzaraq gümüş medalla kifayətləniblər.

Azərbaycan idmançılarından Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact, 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi tanınmış kikboksinq ustası, dünya və Avropa çempionu Eduard Məmmədovdur.

Beləliklə, Azərbaycan millisi böyüklər və veteranlar arasında keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medaldır.

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

Fərdi
Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb