İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

"Dünya çempionatından əvvəl yaxşı təlim-məşq toplanışı keçə biləcəyimiz yer axtarırdıq".

Bunu "Report"un Qərb bürosuna açıqlamasında İsrailin cüdo millisinin baş məşqçisi, Barselona-1992 Yay Olimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının mükafatçısı Şay-Oren Smadca Göygöl Olimpiya Kompleksindəki beynəlxalq təlim-məşq toplanışı barədə danışarkən deyib.

52 yaşlı baş məşqçisi bildirib ki, Azərbaycan dünyanın ən güclü cüdo ölkələrindən biridir: "Bizim sıx əlaqələrimiz var. Burada məşq yeri, yemək, hotel və bütün şərait yaxşıdır. Hər şey çox gözəldir".

Özbəkistan millisinin baş məşqçisi, olimpiya, üçqat dünya və ikiqat Avropa çempionu, gürcü-yunan əsilli İlias İliadis isə bildirib ki, ilk dəfə Göygöldə olur: "Peşəkar idmançılar üçün belə bir Olimpiya bazasının, imkanların olmasını gördüm. Belə şərait çox ölkədə yoxdur. Azərbaycan Cüdo Federasiyasına, böyük məşqçi və məşqçilərə təşəkkür edirəm ki, dünya çempionatına hazırlaşmaq üçün belə güclü toplanış təşkil olunub".

35 yaşlı baş məşqçinin sözlərinə görə, 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatı üçün medal proqnozu vermək çətindir: "Mən heç vaxt bu barədə danışmıram. İdmançılarım dünya çempionatına hazırdırlar. Bu, cüdodur. Hamının medal şansı var".

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

Fərdi
"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

Fərdi
Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Fərdi
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Fərdi
Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Fərdi
"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb