Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstan və İsveçlə oyunlar bizim üçün final seriyasıdır"

Azərbaycan millisinin baş məşqçisi: "Yunanıstan və İsveçlə oyunlar bizim üçün final seriyasıdır"

Yunanıstan və İsveçlə oyunlar bizim üçün final seriyasıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov deyib.

Federasiyanın mətbuat xidmətinə açıqlama verən mütəxəssis yığmanın AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəyi oyun barədə danışıb:

“Xorvatiya səfərindən sonra yorğunluq olduğuna görə uşaqlara bir qədər istirahət verdik. Bakıya döndükdən sonra iki məşqimiz oldu. Komanda olaraq məğlubiyyəti unutmalı, Yunanıstanla görüşə köklənməliyik. Çünki qarşıdakı 3 oyun – Yunanıstanla iki, İsveçlə səfər görüşü bizim üçün final seriyasıdır. Xüsusilə də sabahkı matç çox vacibdir".

O, heyətdə bir sıra dəyişikliklərin edildiyini söyləyib:

"Bakıya döndükdən sonra heyətdə bir dəyişiklik etmişik. İlham Alıyevin əvəzinə Seymur Məmmədovu komandaya dəvət etdik. Seymur zədəsini sağaldıb. O, daha təcrübəli futzalçıdır və müdafiədə bizə çox kömək edə bilər. Heyətdə müdafiəçilərin sayı azdır. İlham gəncdir, perspektivli futzalçıdır, onun da xidmətindən digər matçlarda istifadə edəcəyik.

Yunanıstanın oyununu təhlil etmişik. Zəif və güclü tərəflərini gördük, uşaqlara necə oynamalı olduqlarını başa saldıq. Nə dərəcədə alınacağını sabahkı matçda görəcəyik”.

Qeyd edək ki, yığma AVRO-2026-nın əsas mərhələsində sabah Yunanıstanla qarşılaşacaq. V qrupun oyunu saat 20:00-da Bakı İdman Sarayında baş tutacaq.

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub