AFFA Məşqçilər Komitəsinin sədri: “Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək”

AFFA Məşqçilər Komitəsinin sədri: “Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək”

Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov növbəti mövsümdən Misli Premyer Liqasında legioner limitinin ləğvinə münasibət bildirərkən deyib.

Mütəxəssis bu qərarın qaçılmaz olduğunu vurğulayıb:

“Həmişə vahid sistemin və işlək mexanizmin tərəfdarı olmuşam. Düzdür riskli qərardır, müzakirə oluna bilər. Amma həmişə bildirmişəm ki, limitin ləğvi qaçılmaz addımdır, gec-tez, bu, olmalıdır. Bu, istər-istəməz Premyer Liqanın səviyyəsini də yüksəldəcək. Qərar qəbul olunubsa, müsbət tərəfləri var. Ən vacibi odur ki, bundan bəhrələnmək lazımdır. Klublar həm çempionatın, həm də yerli futbolçuların səviyyəsini artırmaq üçün bundan yararlanmalıdırlar. Yerli futbolçulardan istifadə edəcək klublara əlavə bonuslar veriləcək. Digər tərəfdən 12-dən artıq hər legionerə görə 100 min, 15-dən çox əcnəbi üçün isə 200 min manat rüsum ödənilməlidir. İnanmıram ki, klublar bu səbəbdən artıq legioner transfer etsinlər. Komandanın sifariş ərizəsinə 30 oyunçunun adının salındığını nəzərə alsaq, yerlilər üçün də şans olacaq və ciddi rəqabət yaranacaq. Üstün olanlar Azərbaycan futboluna fayda verəcəklər”.

Veteran futbolçu rüsuma görə klubların legioner seçiminə daha ciddi yanaşacaqlarını söyləyib:

“Yerlilərin də inkişafı çox önəmlidir. Hazırda klublarımızın bəzilərində əcnəbi futbolçuların sayı 15-dən artıqdır. Yeni qaydalardan sonra inanmıram ki, hansısa klub təyin olunan rüsuma görə daha çox legioner transfer etsin. Limitin ləğvinin üstünlüklərindən biri də budur ki, legioner seçiminə daha ciddi yanaşılacaq. Komandalara fayda verə biləcək əcnəbilər transfer olunacaq. Kompleks şəkildə görülən işlər yerli futbolçuların da özlərini göstərməsinə şərait yaradacaq. Bütün bunların özünü nə dərəcədə doğruldub-doğrultmayacağını zaman göstərəcək”.

AFFA rəsmisi ölkədə legionerlərlə rəqabətə hazır yerli futbolçuların olduğunu deyib:

“Vaxtilə Azərbaycan çempionatında belə bir hal yaşanmışdı. Düzdür, indi futbol inkişaf edib, həmçinin Premyer Liqanın səviyyəsi artıb. Daha artığına nail olmaq üçün addımlar atılır. Qərarlar qəbul olunub, klub daxilində yerlilərin də mənafeyini qorumaq vacibdir. Bu o demək deyil ki, hər dəfə elə ancaq legionerlər meydana çıxacaq. Heç kimdən zəif olmayan, rəqabətə hazır yerli futbolçular da var. Təki qərarlar gələcəkdə öz bəhrəsini versin”.

Qeyd edək ki, fevralın 3-də AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Misli Premyer Liqasının 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün rüsumlar tətbiq olunub.

Futbol
"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"

"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"

Futbol
Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

Futbol
"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

Futbol
"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

Futbol
Pele yenidən xəstəxanaya yerləşdirilib

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Futbol
“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

Futbol
Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Futbol
Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb

Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb

Futbol
Şimali Makedoniya millisinə Azərbaycanla oyun üçün yeni hücumçular çağırılıb

Şimali Makedoniya millisinə Azərbaycanla oyun üçün yeni hücumçular çağırılıb

Futbol
"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb