NTD-nin baş məşqçisi: "Komandanın müdafiəsində problem var"

NTD-nin baş məşqçisi: "Komandanın müdafiəsində problem var"

Komandanın müdafiəsində problem var.

"QELEBE.AZ" xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının XIV turunda "Sabah" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:

“İlk iki periodda komandanın oyunundan razı qalmadım. Xüsusi ilə müdafiədəki çıxışına görə narazı oldum. Hücumda heç bir problem yoxdur. Biz 85 xal topladıq. Avropa basketbolunda bu yaxşı göstəricidir. Amma eyni zamanda rəqibə 96 xal verdik. Hətta "Neftçi"yə qarşı keçirdiyimiz son matçda rəqibə 100 xal toplamağa imkan verdik. Müdafiə üzərində işləyəcəyik. Bu çox vacibdir. Xəstəlik səbəbindən Detrek Brauninq oyunu buraxdı. O, çox vacib oyunçudur. Ümumilikdə oyunçularımız yüksək səviyyədə mübarizə apardılar. Onlar təslim olmadılar. Matçdan əvvəl müdafiədə sərt oynamalı, foul etməkdən qorxmamalı olduğumuzu demişdim. Görüşün əvvəlində oyunçularımız bunu etmirdilər. Amma fasilədən sonra müdafiədə daha sərt oynamağa başladılar. Geridönüş alınmadı, amma düşünürəm ki, növbəti qarşılaşmada daha yaxşı oynayacağıq”.

Qeyd edək ki, "Sabah" - NTD qarşılaşması birincilərin 96:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb