Beynəlxalq Cüdo Federasiyası Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin təşkilatçılığını yüksək qiymətləndirib

Beynəlxalq Cüdo Federasiyası Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin təşkilatçılığını yüksək qiymətləndirib

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin təşkilatçılığını yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında material yerləşdirilib.

Yazıda beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunduğu vurğulanıb:

“Son üç gün xüsusilə həyəcanlı keçib və Bakıda, Milli Gimnastika Arenasında toplaşan böyük tamaşaçı kütləsinə möhtəşəm beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunub. Azərbaycan Cüdo Federasiyası və onun bütün tərəfdaşları, Dünya Cüdo Turu təqvimində bu vacib yarışın böyük uğurla keçirilməsinə görə fəxr edə bilərlər. Hər şey mükəmməl şəkildə təşkil edilib ki, bu da iştirak edən 36 ölkədən olan idmançılara öz ən yaxşı performanslarını göstərmək və dünya reytinqi üçün vacib xallar toplamaq imkanı verib. Olimpiya təsnifatları hələ uzaqda olsa da, reytinq cədvəlində yüksək mövqedə qərarlaşmaq gələcək çempionlar üçün uğurun təminatı ola bilər”.

IJF Yaponiya və Azərbaycan yığmalarının yarışda çıxışını xüsusi qiymətləndirib:

“Yaponiya komandası səhvə yol verməyib. Onlar Bakıya yüksək səviyyəli bir komanda göndərib və nəticələr bunu təsdiqləyib – millilər sıralamasında birinci yerin sahibi olublar. Azərbaycanın iki aparıcı cüdoçusu, dünya və Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev tatamidə olmasa da, digər cüdoçular ən yüksək səviyyədə mübarizə aparıblar. Bu yüksək səviyyəli yarışda ev sahibi ölkənin qazandığı medallar onu turnirin ən güclü komandalarından birinə çevirib”.

Dərc olunan materialda təşkilatçılıq baxımından irad tutulmalı heç bir məqam olmadığı bildirilib:

"Təşkilatçılıq baxımından isə irad tutulası heç bir məqam yoxdur. Azərbaycan bu işin öhdəsindən peşəkarcasına gəlib və hər şeyi yüksək səviyyədə təşkil edib. Bütün iştirakçıların yaddaşında bu turnirdən xoş xatirələr qalacaq. Beləliklə, Bakıdea "Böyük Dəbilqə" turniri uğurla başa çatıb. Yarışın son gününün final mərhələsindən əvvəl gənc cüdoçular tataminin mərkəzinə çıxaraq dinamik və əyləncəli cüdo sessiyası keçiriblər. Bu uşaqlar xüsusi qayğıya ehtiyacı olan gənclər üçün nəzərdə tutulmuş proqramın iştirakçılarıdır. Cüdo onların cəmiyyətə inteqrasiyasına kömək edən və onları dəstəkləyən inanılmaz vasitədir. Azərbaycan Cüdo Federasiyası bir daha bütün qrupları heç bir ayrı-seçkilik olmadan cəmiyyətə inteqrasiya etmək bacarığını nümayiş etdirib. Uşaqların topladığı alqışlar və sessiya boyunca üzlərindəki xoş təbəssümlər cüdonun gücünün açıq sübutudur”.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar. Ölkəmiz turnirdə 32 idmançı ilə təmsil olunub.

Fərdi
Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Fərdi
Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Fərdi
Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərdi
Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Fərdi
Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır