Azərbaycan millisinin baş məşqçisi: “Komanda Monteneqro ilə oyuna maksimum dərəcədə hazırdır”

Azərbaycan millisinin baş məşqçisi: “Komanda Monteneqro ilə oyuna maksimum dərəcədə hazırdır”

Komandamız UEFA Millətlər Liqasında Monteneqro ilə keçirəcəyi oyuna maksimum dərəcədə hazırdır.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Monteneqroya qarşı keçiriləcək matçla bağlı danışarkən deyib.

Mütəxəssis heyətə yeni futbolçular dəvət etdiyini bildirib:

“Fevralın 15-dən təlim-məşq toplanışına başlamışıq. Heyətə 24 nəfər cəlb olunub. Yalnız əsas oyunçulardan Aytac Şərifova zədə, Peritan Bozdağ isə qırmızı vərəqə aldığına görə oynamayacağı üçün toplanışa qoşulmayıb. Jalə Məhsimova klubunda zədələnib, lakin həkimlər bu yöndə çalışırlar. Düşünürəm ki, Jaləni oyuna hazırlaya biləcəklər. Komanda oyuna maksimum dərəcədə hazırdır. Ciddi sıxıntımız yoxdur. Daha əvvəl gənc futbolçuları toplanışa dəvət edirdik. İlk dəfədir ki, bu say 3-ə çatıb. U-17-nin qapıçısını ilk dəfə əsas heyətə çağırmışıq. U-17-nin digər iki üzvü isə fasilələrlə əsas yığmaya dəvət alıb”.

O, Monteneqro haqqında məlumatlı olduqlarını söyləyib:

“Monteneqro yığması neçə tsikldir ki, istər Avropa çempionatında, istərsə də Millətlər Liqasında bizim qrupa düşür. Əvvəlki oyunlarda məğlub olmuşduq. Sonuncu Millətlər Liqasında istər evdə, istərsə də səfərdə qələbə qazanmışıq. Bu oyunları düşünməməliyik, çünki bizə problemlər yarada bilər. Monteneqro çox keyfiyyətli komandadır. Rəqib oyunçuların çıxış etdiyi liqalar bunun sübutudur. Qadın futbolunda top-liqalarda çıxış edirlər. Ona görə də bu matça maksimum diqqətli, hazır şəkildə və qələbələri unudaraq çıxmalıyıq”.

Baş məşqçi qrupdakı şansları dəyərləndirib:

“Təəssüf ki, 3 komandadan ibarət qrupa düşmüşük. İstərdim ki, qrupumuzda 4 rəqib olsun. Oyun sayı az olacaq. Monteneqronu yaxşı tanıyırıq. Digər rəqibimiz Litva ilə indiyə qədər beynəlxalq səviyyədə oynamamışıq. Düşünürəm ki, hazırda hər üç komandanın gücü bərabərdir. Kim diqqətli olacaqsa, az səhv edib əlinə düşən şanslardan yararlanacaqsa, həmin komanda da qrupda üst pilləni tutacaq”.

Qeyd edək ki, milli fevralın 21-də "Liv Bona Dea Arena"da Monteneqronu qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.

Futbol
"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Futbol
Monteneqrolu yarımmüdafiəçi: "Azərbaycan çempionatında çatışmayan cəhət azarkeşin az gəlməsidir"

Monteneqrolu yarımmüdafiəçi: "Azərbaycan çempionatında çatışmayan cəhət azarkeşin az gəlməsidir"

Futbol
DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

Futbol
Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Futbol
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Futbol
İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Futbol
Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub