Azərbaycan millisinin sabiq baş məşqçisi: "Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir"

Azərbaycan millisinin sabiq baş məşqçisi: "Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir"

Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir.

Bunu “QELEBE.AZ”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Misli Premyer Liqasının 2025/2026 mövsümünün yeni formatını dəyərləndirərkən deyib.

Mütəxəssis ölkə çempionatının daha maraqlı keçəcəyini söyləyib:

"3 dövrəli formata görə oyunların sayları azalsa da, maraq itməyəcək. Əvvəllər Premyer Liqada "altılıq" sistemi tədbiq olunub. Düşünürəm ki, çempionatı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçim olacaq. İnanıram ki, tez bir zamanda yeni formatın bəhrəsini görəcəyik. İnşallah, edilən dəyişikliklər milli komandaya olduqca müsbət təsir göstərəcək. Hər birimizin məqsədi yığmanın inkişafını görməkdir. Artıq ilk addımlar atılıb. Yaxın gələcəkdə, görülən işlər öz faydasını verəcək".

O, yeni mövsümdən Premyer Liqada 11-ci yeri tutan komanda ilə I Liqada 2-ci yerə çıxan komandanın pley-off oyununda üz-üzə gəlməsinə münasibət bildirib:

"İstəyərdim ki, həmin mərhələdə mübarizə aparacaq komandaların gücləri müəyyən qədər bərabər olsun. Azarkeşlər və futbol ictimaiyyəti maraqlı və gərgin matça şahidlik etsinlər. Bundan başqa, pley-off oyunları 1 görüşdən ibarət olmaqla neytral meydanda keçiriləcək. Ola bilsin, bu yolla komandaların güclərini müəyyən qədər tarazlamağa çalışacaqlar. Lakin komandanın güclərini eyniləşdirmək üçün başqa işlər də görülməlidir. Ümumiyyətlə, yaxın gələcəkdə Premyer Liqa klubları ilə I Liqa təmsilçilərinin səviyyələri bir-birinə uyğun olmalıdır. Azərbaycan futbol ictimaiyyəti və azarkeşlər biləndə ki, Premyer Liqada 11-ci yeri tutan komanda I Liqanın 2-cisindən qat-qat güclüdür, o zaman bu pley-offu keçirməyə ehtiyac yoxdur. Ona görə bundan sonra görüləcək işlər də vacibdir".

Qeyd edək ki, Misli Premyer Liqasının 2025/2026 mövsümündə 12 komanda 33 turdan ibarət 3 dövrəli çempionatda mübarizə aparacaq. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək.

Futbol
Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib

Futbol
Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol
"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol
FIFA Mahir Emrelini cəzalandırıb

FIFA Mahir Emrelini cəzalandırıb

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"