"Qızıl top"un yeni sahibi kim olacaq?
İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Qızıl top"un növbəti qalibinin kimliyini indidən açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, Xavyer Tebas 2025-ci ilin qalibinin İspaniyadan olacağını deyib:
"Qızıl top"un budəfəki qalibi İspaniyadan olacaq. Əminəm ki, növbəti qalib "Real Madrid"in hücumçusu Kilian Mbappe olacaq".
Qeyd edək ki, 2024-cü ildə "Qızıl top"u İngiltərənin "Mançester Siti" klubunun ispaniyalı yarımmüdafiəçisi Rodri qazanıb.

https://qalaba.az//uploads/photo/qizil-topun-yeni-sahibi-kim-olacaq.webp