AKF prezidenti: "Kikboksinqçilərimiz Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əllərindən gələni edirlər"

AKF prezidenti: "Kikboksinqçilərimiz Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əllərindən gələni edirlər"

İdmançılarımız Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əllərindən gələni edirlər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, hazırda Bakıda qonaq olan Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezidenti Salim Kayıcının ölkəmizə gəlişinin böyük idman hadisəsi olduğunu vurğulayıb:

"Ölkəmizdə hər zaman idmana xüsusi diqqət ayrılır. Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində kikboksinq sahəsində görəcəyimiz işlər daha da yaxşı olacaq. Federasiya olaraq kikboksinqçilərimizin uğurlu çıxışı üçün əlimzdən gələni edirik. Hazırda Bakıda olan qonaqlarla danışıqlarımız davam edir. İnşallah, 2027-ci ildə kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatı paytaxtımızda baş tutacaq".

Federasiya rəhbəri Azərbaycan kikboksinqçilərini qarşıda bir sıra yarışların gözlədiyini söyləyib:

"Bizi qarşıda maraqlı yarışlar gözləyir. Avqustda Azərbaycanı Çində Amil Quliyev təmsil edəcək. O, hazırda Tailandda təlim-məşq toplanışındadır. Noyabrda böyüklərdən ibarət yığma Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək dünya çempionatında çıxış edəcək. İdmançılarımız var gücü ilə çalışır ki, Azərbaycanın bayrağını beynəlxalq arenalarda dalğalandırsınlar".

Qeyd edək ki, WAKO-nun prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı martın 5-dək Bakıda səfərdə olacaqlar. Onların Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.

Fərdi
"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Fərdi
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

UFC: Nəriman Abbasov iddiaçılar turnirində debüt döyüşünə çıxacaq

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb