“Formula 1” 2026-da 11 komanda iştirak edəcək

“Formula 1” 2026-da 11 komanda iştirak edəcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" üzrə dünya çempionatındakı komanda sayı ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, 2026-cı il mövsümündən 11-ci komandanın iştirakı təsdiqlənib.

"Kadillak" "Formula 1"də yarışmaq şansı qazanıb.

FIA-nın açıqlamasında "General Motors" və "TWG Motorsports" şirkətlərinin sifariş ərizəsinin qəbul edildiyi bildirilib.

Qeyd edək edək ki, hazırda dünya çempionatında 10 komanda qələbə uğrunda yarışır.