“Lion”un baş məşqçisinə ağır cəza: 9 ay uzaqlaşdırıldı
Daha əvvəl xəbər verdiyimiz kimi, Paulo Fonseka "Brest"lə matçda (2:1) hakimə qarşı etdiyi hərəkətə görə qırmızı vərəqə almışdı.
QELEBE.AZ xəbər verir ki, Fransa Futbol Federasiyası baş məşqçinin cəzasını müəyyənləşdirib.
Təcrübəli çalışdırıcı 9 ay futboldan uzaqlaşdırılıb.
Xatırladaq ki, Fonseka yanvarın 31-dən etibarən "Lion"a rəhbərlik etməyə başlamışdı.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis etdiyi hərəkətin səhv olduğunu bildirmiş və fransalı hakimdən üzr istəmişdi.

https://qalaba.az//uploads/photo/lionun-bash-meshqchisine-agir-ceza-9-ay-uzaqlashdirildi.webp