“Ordu”nun baş məşqçisi: “Arxayınçılıq məğlubiyyətlə nəticələndi”

“Ordu”nun baş məşqçisi: “Arxayınçılıq məğlubiyyətlə nəticələndi”

“Bu bizim mövsümdə ən zəif oyunumuz oldu”.

QELEBE.AZ xəbər verir ki, bunu " Ordu" basketbol klubunun baş məşqçisi " Sumqayıt " ilə oyundan (122:116) sonra açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, matça çox arxayın çıxmaları məğlubiyyətə səbəb olub: “Bunun nəticəsində "Sumqayıt" qalib gəldi. Biz yalnız 3-cü periodda oyuna qayıtdıq. Amma artıq gec idi”.

Baş məşqçi əlavə edib ki, bu gün "Sumqayıt"ın istədiyi kimi oynayıblar: “Arxayınçılıq məğlubiyyətlə nəticələndi”.