"Real Madrid"dən ardıcıl rekordlar
"Real Madrid" UEFA Çempionlar Liqasının 1/8 finalında "Atletiko Madrid"i ümumi hesabda məğlub edərək turnirin 1/4 finalına yüksəlib.
"Real Madrid"in Çempionlar Liqasında yeni rekordları
QELEBE.AZ xəbər verir ki, “kral” klubu 40-cı dəfə Çempionlar Liqasının 1/4 finalının iştirakçısı olub. Bu, avrokuboklar tarixində rekord göstəricidir.
"Bavariya" və "Barselona"nın Çempionlar Liqasında 1/4 final statistikası
Bu göstəriciyə görə ikinci yerdə “Bavariya” (34), ilk üçlüyü isə “Barselona” (24) tamamlayır.
"Real"dan növbəti rekord
İspaniya nəhəngi bu qarşılaşmada daha bir rekorda imza atıb. "Real" 4-cü dəfə ÇL-in penaltilər seriyasında qələbə qazanıb. Buna qədər heç bir komanda bu göstəriciyə çata bilməyib.
Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə uğrunda Londonun “Arsenal” klubu ilə mübarizə aparacaq.

https://qalaba.az//uploads/photo/quotreal-madridquotden-ardicil-rekordlar.webp