Noyer milliyə qayıda bilər
“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisinə qayıda bilər.
QELEBE.AZ xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məşqçilər korpusu 39 yaşlı qolkiperi DÇ-2026 üçün milliyə dəvət etmək istəyir.
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen performansını artırmasa, Noyer yığmaya cəlb ediləcək.
Qeyd edək ki, qolkiper 2024-cü ildə milli karyerasını bitirdiyini açıqlamışdı.

https://qalaba.az//uploads/photo/noyer-milliye-qayida-biler.webp