ABŞ-li basketbolçu "Gəncə"də - RƏSMİ
“Gəncə” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dən olan oyun qurucusu Donovan Donaldsonu transfer edib.
30 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Donaldson karyerası ərzində Şimali Makedoniya, Macarıstan, Almaniya, Yunanıstan, Finlandiya və Fransa klublarında çıxış edib. Onun son komandası Kiprin “Keravnos” klubu olub.

https://qalaba.az//uploads/photo/absh-li-basketbolchu-quotgencequotde-resmi.webp