Azər Mirzoyev Budapeştdə 6-cı olub
Macarıstanın paytaxtı Budapeştdə keçirilən “One Week March” şahmat turniri başa çatıb.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan şahmatçısı Azər Mirzoyev yarışda 6-cı yeri tutub.
O, 9 turda 1 qələbə qazanıb, 7 heç-heçə edib və 1 dəfə uduzaraq 4,5 xal toplayıb. 7 xal qazanan Artem Uskov (FİDE) turnirin qalibi olub.
Qeyd edək ki, qrossmeysterlərin A turniri 10 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilib.

https://qalaba.az//uploads/photo/azer-mirzoyev-budapeshtde-6-ci-olub.webp