“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyasının (BWF) birgə əməkdaşlığı ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə “Shuttle Time for kids” proqramı həyata keçirilib.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən təlimlərdə 2009 və daha kiçik təvəllüdlü uşaqlara məşqçilər Ürfan Rzabəyli, Nihadə Həsənova və Kərim Musayev tərəfindən ilk olaraq badmintonun qaydaları izah olunub,sonra məşqlərə start verilib.

İki gün ərzində ümumilikdə 80 uşağa badmintonun nəzəri və praktiki bilikləri aşılanıb. Master-klasslarda Naxçıvan şəhəri ilə yanaşı Culfa, Şərur, Şahbuz və Kəngərli rayonlarından olan uşaqlar badmintonun sirlərinə yiyələnib.

Layihə Qax şəhərində də beynəlxalq sertifikata malik məşqçilər tərəfindən həyata keçirilib. İnteraktiv və əyləncəli badminton oyunlarının keçirildiyi tədbirin sonunda iştirakçılara badminton ləvazimatları hədiyyə edilib.

Qeyd edək ki, “Shuttle Time” layihəsi Dünya Badminton Federasiyası (BWF), Avropa Badminton Konfederasiyası (BEC), Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra olunur. Bu günədək Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncədə baş tutan layihə Şamaxı, Tovuz və Sabirabad rayonlarında da davam etdiriləcək.

Fərdi
Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Fərdi
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Fərdi
Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şaiyələrə aydınlıq gətirib

Ronaldu Səudiyyə klubuna keçdiyinə dair yayılan şaiyələrə aydınlıq gətirib

Fərdi
Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Fərdi
Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO